Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
10 Января 2014

"Yaşıl borş" – soyuq aylarda çox xeyirli və dadlıdır + resept

Soyuq qış aylarında insanlar sulu yeməklərə üstünlük verməlidirlər. İsti sulu yeməklər bədəni isidir, boğazı yumşaldır. Ona görə də həm sağlam, həm də soyuqlamış insanlara çox xeyirlidirlər. Bir yemək var ki, bizim ailədə onu çox xoşlayırlar. Bu rus mətbəxinə məxsus “Yaşıl borş” adlı yeməkdir.

Mən onu belə hazırlayıram: Birinci növbədə sümüklü ətlərdən bulyon bişirirəm. Onun içinə doğranmış yerkökü, azca yumru düyü, doğranmış və yağda qızardılmış baş soğan və 1 dəstə yaşıl soğan əlavə edirəm. Daha sonra 2-3 dəstə şomu, 2 dəstə turşəng, 2 dəstə keşniş, 2 dəstə şüyüd yuyulur, doğranır və bulyona qatılır. Sonra 5-6 dənə kartof təmizlənir, kubik formasında doğranır və xörəyə qatılır və bişirilir.

Aayrıca yumurtanı suda bişirib, doğruyuruq və süfrəyə ayrıca qabda servis edirik. Eləcə də borşa əlavə etmək üçün xama da istifadə edirik.

Çox dadlı yeməkdir. Siz də bişirin. Nuş olsun!

  10915   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Первые блюда

  Положительных отзывов: 7

  Отрицательных отзывов: 0


up