Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
08 Января 2014

Qabları yumaq üçün effektiv vasitələrdən biri - Fairy!

Gündəlik olaraq ən çox istifadə etdiyimiz vasitə qab-qacaq üçün şampunlardır. Qabların təmizliyi, ən əsası da şampundan istifadə edərkən heç bir kimyəvi maddənin qablarda qalıb orqanizmimizə təsir göstərməməsi hamı üçün çox önəmlidir. Bəzən nə qədər şampundan istifadə etsək də isti su olmadan qabların təmizlənməsi mümkün olmur, belə olan halda da həm israfçılıq etmiş oluruq, həm də qablar istədiyimiz kimi təmiz olmur.

Fairy qab şampunu isə deyərdim ki ən yaxşılarındandır. Birincisi ona görə ki isti su olmadan belə qabları soyuq suda yumaq mümkündür. Müxtəlif meyvə qoxulu olduğu üçün insana xoş təsir bağışlayır. Həm də əllərimizin dərisini korlamır, əksinə yumşaldır.

Fairy platinum isə fairy markasının ən yaxşı növüdür. Bu qab şampunundan istifadə etməklə israfçılıq etməmiş olarsınız, çünki bir damcısı belə qabları təmizləməyə bəs edir. Qiyməti də heç də bahalı deyil.

Həqiqətən də effektiv bir vasitədir, o cümlədən tərkibi cəhətdən heç əlavə bir mənfi təsiri yoxdur. Ona görə də məsləhətli bir qab şampunu olduğu üçün məsləhət görərdim.

  3697   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Бытовая химия

"Air Wick магнолия и цветущая вишня" hava təmizləyici aerozolunun ciddi minusları var
Бытовая химия

Tünd rəngli paltarlarınızın rənginin gec getməsi üçün Perwoll Renew+Black yuyucu vasitəsindən istifadə edin
Бытовая химия

Limonlu, ikili effektli Comet ilə ideal təmizliyə nail olmaq mümkündür
Бытовая химия

Kalyon Spring breeze çamaşır suyu həqiqətən keyfiyyətli yuyucu vasitədir
Бытовая химия

"General fresh" tabletləri təmizlik yaradır
Бытовая химия

ABC crystal - ən çətin yuyulan yağların belə öhdəsindən asanlıqla gəlir
Бытовая химия

Bingo Ov "хвоя" allergiya versə də yaxşı ağardıcı xüsusiyyətə məxsusdur
Бытовая химия

"Persil color expert" yuyucu vasitəsi – allergiyaya meyilli xanımlar birmənalı olaraq almasınlar
Бытовая химия

"Kalyon" qabyuyan mayesinin nəyə gərək olduğunu anlamadım
Бытовая химия

"New formula Bingo" yuyucu vasitəsi – artıq dərəcədə keyfiyyətsiz çıxdı
Бытовая химия

Procter&Gamble
Бытовая химия

Фэйри

  Положительных отзывов: 3

  Отрицательных отзывов: 2


up