Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
08 Января 2014

Brita – su təmizləyici filtrlər, boşuna pul verirsən, suyun keyfiyyəti də dəyişmir

Hamımıza yaxşı məlumdur ki, evdəki su kranlarından hansı keyfiyyətdə su axır. Nə qədər su təmizləyici texnologiyaların tətbiq olunmasından danışsalar da, suyun keyfiyyəti göz qabağındadır. Xlor iyli, qumlu, ərpli və s. Hər dəfə kranları açıb təmizləyəndə görürsən ki, xırda-xırda daşlar, qum var. Bu cür suyuda biz içməli oluruq.

Əvvəllər yadımdadır ki, hətta krandan gələn suyu qaynadılmadan içirdik və əmin idik ki sular təmizdir. Amma indi nə qədər suyu qaynatsan da çaynik hərdəfə yenə qumla dolu olur. Hələ guya evlərə təmizlənmiş sular axır. Kim risk edib krandan qaynadılmamış su içə bilər?!

Ona görə də sağlamlığına diqqət edən insan mütləq suyu təmizləməlidir. Bu məqsədlə mən neçə vaxt idi ki “Brita” su təmizləyici filterindən istifadə edirdim. Filter su qabından və içərisində olan kartricdən ibarətdir. Onun kompakt olması, gözəl dizaynı, möhkəmliyi, istifadə rahatlığı müsbət cəhətləridir.

Amma mənfi cəhətləri də odur ki, nisbətən ağır olması və ən əsası kartriclərinin baha qiymətə olması. Təqribən hər 2 həftədən bir dəyişmək zərurəti yaranır. Düzü filterin su təmizlləyici effekti də çox qaneedici deyil. Düzdü az da olsa fərq var. Deyə bilmərəm ki, heç fərq yoxdur. Amma yenə də çaynika hər dəfə “Brita” su filetrində təmizlənmiş su tökməyimə baxmayaraq, çaynikin dibi yenə ərp olurdu. Buda əyani sübutdur. Ona görə də bu filter məni qane etmir. Artıq başqa su təmizləyici vasitələr axtarmalıyam. Rəyim mənfidir!

  2301   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Хозяйственные товары

"Anna household gloves" əlcəklərinin keyfiyyətini bəyənmədim
Хозяйственные товары

Xanımlara "Gants multi-usages Rozenbal" əlcəklərini istifadə etməyi tövsiyyə edə bilərəm
Хозяйственные товары

"Scotch - brite" əlcəkləri istifadədə çox rahatdırlar
Хозяйственные товары

“Pacific, furniture equipment” – evin döşəməsini cızıqlardan tam qoruyur
Хозяйственные товары

"Rçkawice, aloesowe" əlcəklərini 100% məsləhət görürəm
Хозяйственные товары

Fix Price Home Collection vakum paketi – paltarlarınız arıq dolablarda çox yer tutmayacaq. Əla tapıntı!
Хозяйственные товары

"Ручка - пятновыводитель" keyfiyyətini heç bəyənmədim
Хозяйственные товары

"Vileda, extra sensation" əlcəkləri istifadədə çox praktikdir
Хозяйственные товары

"Paclan Practi Comfort" əlcəkləri çox keyfiyyətlidirlər
Хозяйственные товары

"Quickpack" əlcəkləri çox nazik, üstəlik üzərində yazılan ölçüyə heç uyğun çıxmadılar
Хозяйственные товары

Brita
Хозяйственные товары

Брита Метер

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up