Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
05 Января 2014

Qışda qurudlu xingal yeməyin ayrı ləzzəti var - Resept

Gözəl yurdumuzun hər bölgəsinin özünəməxsus təamları var, hər birinin də xüsusi dadı, ləzzəti var. Qərb zonasının da xüsusilə də Tovuz rayonunun əsas məşhur yeməyi üstü toyuqlu, qurudlu xingaldır. Bilirəm ki, çoxları xingalı çox sevirlər, elə mən də. Amma hər kəs bu yeməyi heç də dadlı bişirə bilmir. Bu zonanın zəhmətkeş xanımları bu yeməyə xüsusi dad qatırlar sanki.

Hazırlanması üçün əvvəlcə una lazımi miqdarda duz və 1 yumurta qatılaraq bərk xəmir yoğrulur, kündələndikdən sonra isə yayılır. Yaxşı olar ki, xingalın üstünə tökəcəyiniz sousu əvvəlcədən hazırlayasınız.

Bunun üçün əvvəlcə kənd cücəsi suda qaynadılır(adi toyuqla bişirəndə bir o qədərdə dadlı olmur, nəinki kənd cücəsi ilə), daha sonra soöan iri şəkildə doğranaraq yağ-soğan hazırlanır. Qaynadılmış kənd cücəsidə ona əlavə edərək birlikdə bişirilir, duz əlavə etməyi də unutmayın.

Çoxları bəlkə də qurudun nə olduğunu bilmirlər, qurud süzmədən hazırlanır. Xingal üçün isə qurud xırda-xırda doğranır və üstünə ilıq su tökülərək əzilir. Böyük bir qazanda qaynaması üçün su qoyulur və dördkünc formada kəsilmiş xəmir su qaynaya -qaynaya suya tökülür. Bir-bir töküb iri qaşıqla qarışdırmaq lazımdır ki, yapışmasın.

Bişdikdən sonra aşsüzəndən süzülür, üstünə cücə və qurud əlavə olunduqdan sonra, vəssalam, xingal hazırdır. Nuş olsun!

  5287   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up